RU

Mingəçevir Dövlət Universitetində maliyyə savadlılığı üzrə seminar keçirilib

Mingəçevir Dövlət Universitetində maliyyə savadlılığının artırılması məqsədilə "Müasir yatırım imkanları” mövzusunda seminar təşkil olunub.Tədbirdə universitetin professor-müəllim heyəti və tələbələr fəal iştirak ediblər.
Seminar çərçivəsində "InvestAZ İnvestisiya Şirkəti” QSC-nin Tədris və Analitika departamentinin baş mütəxəssisi, PhD Rövşən Məmmədov çıxış edərək maliyyə bazarlarında risklərin idarə olunması, investisiya strategiyalarının qurulması və birja mexanizmləri haqqında ətraflı məlumat verib.
Daha sonra şirkətin maliyyə məsləhətçisi Rəşad Mustafayev rəqəmsal aktivlər və kriptovalyutaların iqtisadi əsasları mövzusunda təqdimatla çıxış edib.
Seminar interaktiv müzakirələrlə davam edib və tələbələrin sualları cavablandırılıb. Tədbir iştirakçılar tərəfindən yüksək maraqla qarşılanıb.
 
 
 

Избранный
3
4
7news.az

5Источники