RU

Sadə köp yoxsa ciddi xəstəlik əlaməti? - Səhiyyə Nazirliyinin mütəxəssisi xəbərdarlıq edir

Bakı. Trend:

Mədə-bağırsaq sistemi ilə bağlı ən çox rast gəlinənşikayətlərdən biri köp (meteorizm) problemidir. Bir çox hallardasadə qidalanma vərdişlərindən qaynaqlansa da, bəzən daha ciddixəstəliklərin əlaməti kimi də ortaya çıxa bilər.

Trend mövzuilə bağlı Səhiyyə Nazirliyi Sanator-Kurort Reabilitasiya Mərkəzininqastroenteroloqu Saniyə Şahverənova ilə müsahibəni təqdim edir.

– Köp nədir və necə əmələ gəlir?

– Köp insanın mədə bağırsaq sistemində artıq miqdarda qazlarıntoplanması nəticəsində yaranan haldır. Səbəblər əksər vaxtkarbohidratların, daha az hallarda isə yağların, zülalların düzgünparçalanmaması və yoğun bağırsağın bakteriyalarının fəailiyyətininnəticəsi olur. Tərkibi və yaranma mexanizmindən asılı olaraqnitrogen, oksigen, karbon dioksid, hidrogen, metan və digər olabilər. Daha pis qoxu tərkibində hidrogen sulfidin olmasına dəlalətedir, az hallarda isə metanetriol və dimetilsulfidə rastgəlinir.

– Normada insanın mədə-bağırsaq sistemində qaz olurmu və köpözünü hansı şikayətlərlə göstərir?

– Normada insanın bağırsağında 200 ml-dək qaz olur və gündəlik14-25 dəfə ümumi 600-700 ml həcmində qazın xaric olması normavariantı kimi sayılır. Daha böyük qaz kütlələri yeməkdən sonrahərəkət etməyə başlayır, amma asta sürətlə yuxu zamanı belə davamedir. Gəyirmə, köp, şişkinlik, qazın çox xaric olması və bəzihallarda qarın nahiyəsində ağrı, ağızdan pis qoxu gəlmə,iştahasızlıq, erkən doyma, ürəkbulanma, qurultu şəklində səslərinolması və qəbizlik. Bu simptomlar xəstələrdə qazın çox əmələgəlməsi, bağırsağın hərəki funksiyasının dəyişməsi nəticəsindəqazın tranzitinin pozulması və ya xəstənin normal qaz miqdarınaolan aşırı həssas hissiyyatı nəticəsində əmələ gəlir. Qazın çoxəmələ gəlməsinin əsas səbəbləri isə ilk növbədə sorula bilməyənkarbohidratlardır. Yoğun bağırsağa çatdıqda bakteriyalar üçün qidarolunu oynayır, bu proses isə çoxlu miqdarda qaz istehsalı ilənəticələnir. Karbohidratlar sorulmamasının əsas səbəbləri kiminazik bağırsağın normal selikli qişasında ferment çatışmazlığını,tam sorulmamış karbohidratların transportunun pozulmağını, selikliqişanın orqanik dəyişikliyini göstərə bilərik.

– Ferment çatışmazlıqları haqqında nə deyə bilərsiniz?

– Ən çox rast gəlinən laktaza çatışmazlığıdır. Süd məhsullarıqəbul etdikdə ağır hallarda ishalla birgə rast gəlsə də, yüngüldərəcədə, çox miqdarda qəbul etdikdə təkcə köplə müşayiət olunur.Digər ferment defisitlərindən sadə şəkərlərin sorulmasında iştirakedən bir çox fermentləri göstərmək olar. Meyvə suları, meyvələr,pəhriz qidalarında dadlandırıcı kimi istifadə olunan sorbitol,şokolad (sukraza-izomaltaza defisiti) həzmdə çətinlik törətdiyiüçün köpə gətirib çıxara bilir. Mürəkkəb karbohidratlar və bitkilifləri də qaz ifrazını artıra bilər. Bu siyahıda paxlalı, dənlibitkilər (buğda, yulaf və digər), kartof, qarğıdalı, düyü, bir çoxtərəvəzləri göstərmək olar.

– SİBO nədir?

– Bildiyimiz kimi, nazik bağırsaq və mədə yoğun bağırsağanisbətdə steril hesab olunur, hər hansi obstruktiv xəstəliklərzamanı kron, radiasion enteritlər, törəmələr, digər hallar və yadurğunluğa səbəb ola biləcək vəziyyətlərdə normada mövcud olanbakteriyaların sayı artır. Əlavə olaraq, koprofagiya, koloenterikfistula zamanı da yoğun bağırsaq bakteriyalarının nazik bağırsağınmühitini pozmasını göstərmək olar. Bəzi mənbələrə görə, bu vəziyyətuzunmüddətli turşuluq azaldan preparatların qəbulu zamanı da başverə bilər. Eyni zamanda, bu sindroma daha yüngül hesab etdiyimizbağırsağın hərəki funksiyasının pozulması ilə müşayiət olunanfunksional xəstəliklər də gətirib çıxara bilər. Bu zaman da,bağırsağın həzm olunmayan artıq qidalardan təmizlənməsi prosesiləngidiyinə görə nəticə olaraq yenə də bakteriyaların sayı artır vəözünü diskomfort, köp, ürəkbulanma, ağır hallarda ishal,malabsorbsiya və çəki azalması ilə göstərə bilər. Yaşlı və orqanikxəstəliyi olmayan insanlarda da köpün bu mexanizmlə yarandığıdüşünülməkdədir.

– Həzm sistemində qazın hərəkətinin ləngiməsinə görə köphissinin əmələ gəlməsi hansı xəstəliklərdə özünü büruzə verir?

– Hərəki funsiyasının pozulması ilə gedən hər hansı bir xəstəlik- qastroparez, fundoplikasiyadan sonrakı və bir çox postoperativvəziyyət, nazik bağırsağın psevdoobstruksiyası, kəskin ileus,xroniki qəbizlik köpə gətirib çıxara bilər. Qastroparez vəpsevdoobstruksiya bir çox tanıdığımız xəstəliklərdə müşahidə olunabilər, o cümlədən şəkərli diabet, sklerodermiya, amiloidoz, genetikxəstəliklər, paraneoplastik sindrom və digər endokrinolojixəstəliklər. Kəskin ileus isə metabolik pozuntular, kardiovaskulyarxəstəliklər, sistem xəstəliklərdə rast gəlinir. Köpdən danışılırsabağırsaqların qıcıqlanma sindromunu unutmaq olmaz. Həm bağırsaqdaqazın tranziti, hərəkətlilik dəyişir, həm də xəstənin bəzən normalmiqdarda qaza belə aşırı həssaslığı, ağrı, köp hissi yaranır. Digərsəbəblər, misal üçün hipotireoidizm, miokardın aşağı divarınıninfarktı və bir çox preparatlar bağırsağın hərəki funksiyasınatəsir edərək köp şikayəti yarada bilər.

– Aerofagiya nədir ?

– Aerofagiya normadan artıq havanı udmaqla başlayır. Saqqızçeynəmək, siqaret çəkmə kimi adi vərdişlər belə səbəb ola bilir.Psixoloji xüsusi durumlar - depressiya, hiperventilyasion sindrom,yuxu apneası olan adamların yuxu zamanı ağızla havanı çox udması datəkan verə bilir. Eyni zamanda, larinqoektomiyadan sonra və digərxroniki ciddi səbəblərdən də qaynaqlana bilər. Özünü köp hissindənəlavə gəyirmə ilə göstərir. Döş qəfəsində olan mənfi təzyiq udulanhavanı yenidən qida borusuna doğru itələyir, oradan da ağızvasitəsilə hava xaric olur.

– Diaqnoz qoyulduqdan sonra müalicə taktikası necə olur?

– İlk növbədə hərtərəfli anamnez toplayırıq, hər xırdalıqvacibdir, nədən sonra başladığı, yanaşı hansı şikayətlərininolması, psixoloji vəziyyəti, yuxu və oyaq vəziyyətdə simptomlarınolması və ya itməsi, defekasiyadan sonra itməsi və ya qalması,hansı dərmanları qəbul etməsi və bir çox detallar. Əsas işimizorqanik ciddi səbəbləri istisna etməkdir. Baxış keçirdirik,xəstənin dərisinə, oynaqlarına, çəkisinə diqqət yetiririk.Laborator müayinələr edirik. Ümumi qan, sidik, nəcis analizləri,elektrolitlər, şəkər, albumin, ümumi zülal, koaluqramma, böyrək,qaraciyər sınaqlarına, bəzən də kortizola, seroloji markerlərədiqqət yetiririk. Ehtiyac olduqda diaqnostika üçün rentgen,qastroskopiya, kolonoskopiya, mədə-bağırsaq manometriası vəssintiqrafiya, nəfəs testləri tətbiq oluna bilər. Orqanik bir səbəbvarsa mütləq spesifik müalicə aparılır, bəzən cərrahi müdaxilə beləoluna bilər. Digər vəziyyətlərdə fərdi yanaşma tətbiq edilərəkpəhriz, bəzi vərdişlərdə dəyişiklik, medikamentoz terapiyaaparılır. Funksional xəstəliklərdə psixoterapiya da yaxşı effektverir.

Profilaktika və reabilitasiyaya gəldikdə isə ilk növbədə sağlamhəyat tərzi, düzgün qidalanma, vaxtında diaqnostika və müalicətədbiləri tövsiyədir. Reabilitasiya üçün isə sanator-kurortmüalicəsi məsləhət görülür.

Избранный
15
9
az.trend.az

10Источники