ain.az, Konkret.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Sumqayıtda dəm qazından zəhərlənən azyaşlıların vəziyyəti açıqlanıb.
KONKRET.az xəbər verir ki, “Yeni Sabah”ın sorğusuna cavab olaraq Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasından bildirilib ki, hazırda 3 uşağın müalicəsi davam etdirilir.
“Dəqiqləşdirilməmiş virus meninqoensofalit diaqnozu təyin edilən pasiyentlərin vəziyyəti stabil qiymətləndirilir. Respublika Pediatriya Mərkəzinin nəzdindəki Ə.F.Qarayev adına Uşaq Klinik Xəstəxanasında müalicəsi davam etdirilən və meninqoensofalit diaqnozu təyin edilən 1 nəfərin (qadın cinsli) vəziyyəti isə ağır stabil olaraq qalır”, – xəstəxanadan bildirilib.
Qeyd edək ki, aprelin 1-də Sumqayıt şəhəri Hacı Zeynalabdin Tağıyev qəsəbəsində bir ailənin 6 üzvü dəm qazından zəhərlənib.
Zəhərlənən uşaqlar Sumqayıt Tibb Mərkəzi və Bakıdakı Respublika Pediatriya Mərkəzinin nəzdindəki Ə.F.Qarayev adına Uşaq Klinik Xəstəxanasına yerləşdirilib.
Aprelin 3-də 2 yaşlı qız ölüb.
Ailənin ümumilikdə 9 övladı olub.
Xatırladaq ki, uşaqların atası Kamil Cəbrayılov körpə övladının dəfni zamanı TikTok-da canlı yayım açıb, cənazəni qucağına alaraq videolar çəkib və bunları sosial şəbəkələrdə yayıb. Onun bu hərəkətləri cəmiyyətin qınağına səbəb olub.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.