RU

Bakı gömrüyündə diqqətçəkən dəyişiklik: Çin avtomobilləri azalıb VİDEO

ain.az, Avtosfer portalına istinadən məlumat verir.

Bakı Baş Gömrük İdarəsinin ərazisində qeydə alınan son görüntülər müzakirələrə səbəb olub. 

Avtosfer.az xəbər verir ki, əvvəlki dövrlərlə müqayisədə gömrük ərazisində “BYD” və “Changan” kimi Çin avtomobillərinin sayında azalma müşahidə olunur.

Kadrlardan aydın görünür ki, bir müddət əvvəl idxalda üstünlük təşkil edən bu markalar hazırda gömrük ərazisində demək olar ki, gözə dəymir. Bu vəziyyət isə avtomobil bazarında baş verən dəyişikliklərlə əlaqələndirilir. Bu avtomobillərin yerini xüsusən ABŞ-dən gələn nəqliyyat vasitələri alıb.

Mütəxəssislər bildirirlər ki, idxal strukturunda dəyişikliklər, bazar tələbatının yenilənməsi və logistika amilləri bu tendensiyaya təsir göstərən əsas səbəblər sırasında ola bilər. Eyni zamanda, son dövrlərdə digər istehsalçıların bazarda aktivliyinin artması da diqqət çəkir.

Qeyd olunur ki, yaxın aylarda idxal göstəricilərinin necə dəyişəcəyi və Çin avtomobillərinin bazardakı mövqeyinin hansı istiqamətdə inkişaf edəcəyi daha aydın görünəcək.

Eltac Zülfüqaroğlu

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
15
avtosfer.az

1Источники