RU

Kollektor qəzasına səbəb olan evə görə KOMPENSASİYA mübahisəsi: 150 min manatın badına getdi...

ain.az, Sitat.info portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Xəbər verdiyimiz kimi, Keşlədə kollektorun partlaması nəticəsində küçələr su altında qaldı. Onlarla sakinin evi ciddi ziyan gördü, mənzillər yaşamaz hala gəldi. Qəzanın səbəbi kollektorun üzərində tikilən ev idi və hadisədən sonra söküldü. Eyni kollektorda oxşar hadisənin 2008-ci ildə də baş verdiyini nəzərə alsaq, ötən müddət ərzində həmin ev niyə sökülməmişdi?  O zaman "Azərsu" ASC ərazidə bərpa işləri aparmış, evin sökülməsi ilə bağlı rəy vermişdi. Maraqlıdır ki, bir gün bu hadisənin təkrarlanacağını bilən aidiyyatı qurumlar növbəti faciəyə qədər niyə gözləyiblər?

Sitat.info-nun əldə etdiyi məlumata görə, kollektorun üzərində tikilən evdə yaşayan ailəni köçürmək üçün aidiyyatı qurumlar əraziyə gəlib, danışıq aparıblar. Evin sökülməsinə görə, həmin vətəndaşın tələb etdiyi kompensasiya məbləğini ödəməyə razılıq vermədiklərindən məsələ həllini tapmayıb. Bu situasiyada kompensasiyanı isə tikintiyə qeyri-rəsmi icazə verən Nizami Rayon İcra Hakimiyyəti tərəfindən ödənilməli idi. 

Keşlə qəsəbəsinin sakinləri söhbət zamanı bildirdilər ki, 3 ay öncə bu məsələ ilə bağlı aidiyyatı qurumlar ərazidə olublar, ev sahibi ilə danışıqlar aparıblar. Ev sahibi mənzili üçün son olaraq 150 min manat kompensasiya tələb edib. Lakin razılaşma baş tutmayıb. Nəticədə isə ev çökdü və  küçələr su altında qaldı, onlarla ev 150 min manatın badına getdi... 

Məğrur, 

Sitat.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
2
2
sitat.info

3Источники