RU

Sabiq deputatdan Kəmaləddin Heydərova ŞOK SÖZLƏR: “Cinayəti onlar edib!”

Sabiq

Sabiq deputatdan Kəmaləddin Heydərov və ADSEA-ya ŞOK SÖZLƏR: “Cinayəti onlar edib!”Azərbaycanda son günlər yaşanan subasma fəsadları fonunda rəsmi qurumların və mətbuatın hadisələrə yanaşma tərzi ciddi suallar doğurur. Xüsusilə su təsərrüfatı idarəçiliyindəki boşluqların və qanunsuz tikintilərin fəsadları müzakirə olunarkən, məsuliyyətin yalnız vəzifədən getmiş şəxslərin üzərinə yıxılması cəmiyyətdə birmənalı qarşılanmır. “Dəhşətli cinayətin üstü açıldı” kimi iddialı manşetlərin arxasında gizlənən real məsuliyyət zənciri və sənədləşmə prosesindəki qaranlıq məqamlar artıq açıq müstəvidə tənqid olunmağa başlayıb.Ulusum.az xəbər verir ki, məsələ ilə bağlı sabiq deputat, fəlsəfə doktoru Etibar Əliyev kəskin etirazını bildirib. O, qeyd edib ki, mətbuatda və məmur dairələrində baş verənlər real həqiqətlərin falsifikasiyasından başqa bir şey deyil: “Yazırlar ki, Zaur Mikayılov dəhşətli cinayətin üstünü açdı. Sual verirəm: bu dəhşətli cinayət nə deməkdir? Əsas məsələ o evlərə kimin sənəd verməsidir. Azərbaycanda fərdi yaşayış evinə ‘çıxarış’ almaq sadə prosedur deyil. Bu, bir neçə qurumun iştirak etdiyi mərhələli prosesdir və hər bir mərhələdə rəsmi rəylər alınır. Əgər o evlər subasma zonasında idisə, bu qurumlar niyə müsbət rəy verib? Niyə sənəd verən qurumlar kənarda qalıb?”Sabiq deputatın sözlərinə görə, mətbuatda həqiqi günahkarların adı hallanmır və sadəcə “suç keçisi” axtarılır: “Zaur Mikayılovun müsahibəsində heç bir qurum rəhbərinin adı çəkilmir, yalnız vəzifədən getmiş Qorxmaz Hüseynovun adı hallandırılır. Halbuki tikintiyə icazə verən birincisi Fövqəladə Hallar Nazirliyidir. Bütün qanunsuz tikintilərin baiskarı məhz Kəmaləddin Heydərovun rəhbərlik etdiyi qurumdur! Bir mətbuat orqanı belə bu qurumun rəhbərinin adını çəkməyə cəsarət etmir. Hər dəfə subasma olanda bir neçə nəfərin primitiv üsulla xilas edilməsini qəhrəmanlıq kimi gözümüzə soxurlar, amma bu qanunsuzluqların kökündə dayananlardan danışmırlar. Digər tərəfdən, oğlanlarının 100 milyonluq məhkəmə çəkişməsi gedir. Bu pullar haradan peyda olub?”

Diqqət Çəkənlər

Tramp Hörmüz boğazına giriş və çıxışı bloklamağı tapşırıb

İrandakı səfirliyimiz fəaliyyətini bərpa edib

Ölkə tarixində ilk dəfə qadın ordu komandanı oldu

Избранный
2
1
ulusum.az

2Источники