RU

Tramp sanksiyaları açıqladı: İran neft sata bilməyəcək

Banco.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Müəllif:Mehin Qasımova,Banco.az

ABŞ prezidenti Donald Tramp  jurnalistlərə açıqlamalar verib.

Banco.az xəbər verir ki, Jurnalistlərə  İrana qarşı embarqo tətbiq edəcəklərini xatırladan Tramp deyib: "Digər ölkələr də bunun üzərində işləyir. Beləliklə, İran neft sata bilməyəcək və bu tədbir çox təsirli olacaq ".

İranın çox pis və çıxılmaz vəziyyətdə olduğu iddialarını təkrarlayan Tramp bildirib: "İranın heç bir halda nüvə silahı olmayacaq. Onlar hələ də onları istəyirlər və bunu dünən gecə açıq şəkildə bildiriblər. Lakin İranın nüvə silahı olmayacaq ".

İranın ABŞ ilə danışıqlara qayıdıb-qayıtmayacağı soruşulduqda, Tramp belə cavab verib: "Onların geri qayıdıb-qayıtmamasının fərqi yoxdur. Əgər qayıtmasalar, problem deyil". İranın hərbi imkanlarını məhv etdiyini iddia edən Tramp deyib: "Onlar Hörmüz boğazını açacaqlarına söz verdilər. Amma açmadılar. Yalan danışdılar".

 "NATO-dan çox məyus oldum. Onlar bizi dəstəkləməyiblər. Biz NATO üçün trilyonlarla dollar ödəyirik, onlar isə bizi dəstəkləməyiblər. Bunu ətraflı qiymətləndirməliyik " deyə Tramp tənqid edib .

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
4
1
banco.az

2Источники