RU

Orbanın 16 illik hakimiyyətinə son qoyan Peter Madyar kimdir? - DOSYE

Macarıstanda keçirilən parlament seçkiləri əsas müxalifət partiyası “Tizsa”nın qələbəsilə yekunlaşdı. Bununla da müxalifət hazırkı Baş nazir Orbanın 16 illik hakimiyyətinə son qoyub. “Tizsa” partiyası parlamentdəki 199 yerdən 138-ni qazanaraq təkbaşına iqtidar qurmaq imkanı əldə edib.Parlament seçkilərində qalib gəlmiş “Sayğı və Azadlıq Partiyası”nın (Tisza) lideri Péter Madyar indi Avropada diqqətləri özünə çəkib.
 
Bəs Péter Madyar kimdir?
 
Péter Madyar uzun müddət dövlət idarəçiliyi və bizneslə əlaqəli strukturlarda çalışıb. O, dövlət şirkətlərində vəzifələr tutub və əvvəllər hakim “Fides” partiyası ilə əlaqələri olub.
 
Péter Madyar geniş tanınmanı 2024-cü ilin əvvəlində hakimiyyətlə açıq münaqişədən və ölkədə idarəetmə sistemini sərt tənqid etməsindən sonra qazanıb. Onun açıqlamaları böyük ictimai rezonans doğurub və kütləvi etiraz əhval-ruhiyyəsinə səbəb olub.
 
Péter Madyar 16 mart 1981-ci ildə Budapeştdə Macarıstan cəmiyyətinin elitası sayılan bir ailədə anadan olub.
 
Onun babası Ereş Pal Macarıstan Ali Məhkəməsinin hakimi və 1970–80-ci illərdə ölkənin məşhur media siması idi. O, dövlət televiziyasında illərlə yayımlanan “Hüquqi işlər” proqramının aparıcısı olub. Real məhkəmə işlərini təhlil etməsi dövrün populyar mədəniyyətinə daxil olmuşdu, onu küçədə tanıyırdılar və ölkənin ən nüfuzlu hüquqşünaslarından biri hesab edirdilər.
 
Peter Madyarın xaç atası isə onun nənəsinin qardaşı, Budapeşt universitetlərindən birinin hüquq professoru Ferents Madl idi. O, sonradan “Fides” partiyasına qoşulub və 2000–2005-ci illərdə Macarıstanın prezidenti olub.
 
Peter Madyarın valideynləri də hüquqşünas olub. Buna görə də onun universitetdə hüquq təhsili alması təəccüblü deyil.
 
Universitetdən əvvəl Peter Madyar Budapeştin mərkəzində yerləşən elit Piarist katolik məktəbini bitirib. O, mətbuata verdiyi müsahibələrinin birində məhz burada ilk dəfə Viktor Orbanla qarşılaşdığını bildirib.
 
— 45 yaşlı siyasətçi 2024-cü ildə “Tizsa” partiyasına qoşulub. Formal olaraq Avropayönümlü olan bu partiya 2020-ci ilin oktyabrında yaradılıb, lakin əvvəlki parlament seçkilərində iştirak etməyib.
 
— Peter Madyar 12 il Viktor Orbanın “Fides” partiyasının üzvü olub və indi ona qarşı çıxıb. Partiya 2010-cu ildə seçkiləri qazandıqdan sonra Magyar Xarici İşlər Nazirliyində vəzifə alıb. Növbəti il isə Macarıstanın Avropa İttifaqı yanındakı daimi nümayəndəliyinə keçib.
 
— Orbanın rəqibi əvvəllər hakimiyyətdə olmuş bir ailədən gəlir. Onun qohumu Ferents Madl da “Fides” üzvü idi və 2000-ci ildə ikinci cəhddə Macarıstan prezidenti seçilib, 2005-ci ilin avqustuna qədər bu vəzifədə qalıb.
 
— Müxalif siyasətçinin soyadı “Magyar” macarca “macar” deməkdir. “Magyarlar” isə bu xalqın özünə verdiyi addır. Buna görə onun adı “Peter Macar” kimi də tərcümə oluna bilər.
 
— “Tizsa” partiyasının lideri ictimai rəy sorğularında ön sıralarda olsa da və dünya mediası onun Viktor Orbanın 16 illik baş nazirliyinə son qoya biləcəyini yazsa da, Peter Magyar özünü baş nazirliyə namizəd adlandırmır. O bildirir ki, Macarıstan konstitusiyasında belə bir rəsmi status yoxdur. Bununla belə, adətən hökumətə partiya siyahısında birinci olan şəxs rəhbərlik edir və hazırda bu mövqedə Peter Magyar dayanır.
 
— Peter Magyarın keçmiş həyat yoldaşı, üç uşağının anası Yudit Varga ölkənin sabiq ədliyyə naziri olub. Onlar Varganın Avropa Parlamenti seçkiləri üçün “Fides” kampaniyasına rəhbərlik etmək məqsədilə vəzifəsindən getməsindən az əvvəl boşanıblar. Sonralar Yudit Varga uşaq evində baş vermiş cinsi zorakılıq hadisələrinin ört-basdır edilməsi ilə bağlı qalmaqal səbəbilə istefa verib.
 
— 2024-cü ilin fevralında Peter Magyar “Fides” partiyasından ayrıldığını elan edərək siyasi elitanı və Viktor Orbanı korrupsiyanı və qohumbazlığı gizlətməkdə ittiham edib. O, sonradan da baş nazir və onun yaxın ətrafını dəfələrlə tənqid edib.
 
— Orbanla açıq qarşıdurmasına baxmayaraq, Magyar bir dəfə onu müdafiə edib. 2024-cü ilin martında Ukrayna prezidenti Volodimir Zelenski Budapeştin Kiyevə kredit ayrılmasını bloklamasından sonra Orbana hədələyici açıqlama verib. Buna cavab olaraq Magyar bildirib ki, “heç bir xarici lider Macarıstan vətəndaşını hədələyə bilməz”. O həmçinin Zelenski üzr istəməyənə qədər Aİ-ni Ukrayna ilə əlaqələri kəsməyə çağırıb.
 
— Orban tez-tez rusiyapərəst siyasətçi adlandırılsa da, Magyarı ukraynapərəst kimi xarakterizə etmək çətindir. O, Ukraynaya silah verilməsinin və ölkənin Aİ-yə sürətli qəbulunun əleyhinədir. Bununla belə, “Tizsa”nın proqramında Macarıstanın 2035-ci ilə qədər Rusiya nefti və qazından asılılığı tədricən azaltması nəzərdə tutulur. Magyar həmçinin Rusiyaya münasibətdə praqmatik yanaşmanın tərəfdarı olduğunu bildirib, yəni ölkələrin bir-birinin daxili işlərinə qarışmaması prinsipini müdafiə edir. /Modern.az/
 
Избранный
10
5
moderator.az

7Источники