RU

Tramp Roma Papasını tənqid etdi

ABŞ prezidenti Donald Trump Roma Papası Leonu tənqid edərək bildirib ki, Roma-katolik kilsəsinin başçısı "cinayətkarlıqla mübarizədə zəifdir və xarici siyasətdə uğursuzdur”.

Müvafiq paylaşımı Amerika lideri Truth Social sosial şəbəkəsində edib.
Tramp yazıb ki, pontifikin İran və Venesuela ilə bağlı mövqeyi ilə razı deyil. O, "İranın nüvə silahına sahib olmasının məqbul olduğunu düşünən" və ABŞ-ın Venesuelaya qarşı hərəkətlərini tənqid edən bir Papa istəmir. Tramp həmçinin ABŞ administrasiyasına qarşı tənqidləri rədd etdiyini bildirib.

Prezident əlavə edib ki, onun fikrincə, Leo XIV Ağ Evdə baş verən hadisələr olmasaydı, hazırkı vəzifəyə gəlməzdi. O, pontifiki "radikal sol qüvvələri razı salmağı dayandırmağa” və "kilsə rəhbəri kimi vəzifələrinə diqqət yetirməyə” çağırıb.
Избранный
16
7news.az

1Источники