6 il əvvəl meyiti tapılmışdı: qətlə yetirildiyi məlum oldu
Gəncədə 6 il əvvəl meyiti tapılmış 70 yaşlı kişinin qətlə yetirildiyi məlum olub.BUTA.TVTeleqraf-a istinadla xəbər verir ki, 1956-cı il təvəllüdlü Əli Mahmudovun meyiti 2020-ci ildə yaşadığı evdə aşkar edilmişdi. Prokurorluq və polis əməkdaşları tərəfindən aparılan araşdırma zamanı mərhumun qətlə yetirildiyi məlum olub.