RU

Folklor İnstitutunda seminar: Degenerativ zaman və onun strukturu

Azertag saytından alınan məlumata görə, ain.az bildirir.

Bakı, 13 aprel, AZƏRTAC

Folklor İnstitutunun Aşıq yaradıcılığı şöbəsində “Degenerativ zaman və onun strukturu” mövzusunda elmi seminar keçirilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, seminarda şöbənin baş elmi işçisi filologiya elmləri doktoru, professor Ramil Əliyev məruzə ilə çıxış edib. O, dastan poetikasında zaman anlayışının müxtəlif formaları və onların struktur xüsusiyyətləri haqqında məlumat verilib. Qeyd olunub ki, folklor mətnlərində zaman yalnız hadisələrin xronoloji ardıcıllığını müəyyənləşdirən kateqoriya kimi deyil, həm də bədii təfəkkürün mühüm komponentlərindən biri kimi çıxış edir. Bu baxımdan dastanlarda esxatoloji, mifoloji, etnoqrafik və bioloji zaman modelləri müşahidə olunur.

Məruzədə xüsusilə bioloji zaman anlayışı üzərində geniş dayanılıb. Bildirilib ki, bioloji zaman dastan qəhrəmanlarının doğulması, uşaqlıq və gənclik mərhələləri, formalaşma prosesi, həyat yolu və keçdikləri sınaqların ardıcıllıqla təsvir olunması ilə bağlıdır. Bu zaman modeli qəhrəmanın təkcə hadisələrin iştirakçısı kimi deyil, həm də inkişaf edən və formalaşan canlı varlıq kimi təqdim olunmasına xidmət edir. Dastan qəhrəmanlarının həyat yolu yalnız epik hadisələrin ardıcıllığı ilə deyil, onların bioloji və sosial yetkinləşmə prosesinin təsviri ilə də səciyyələnir. Bu xüsusiyyət epik mətnlərdə qəhrəman obrazının formalaşmasını, onun mübarizə apardığı qüvvələri və qarşılaşdığı sınaqları daha dolğun şəkildə təqdim etməyə imkan yaradır.

Seminar zamanı bioqrafiya anlayışına da toxunulub. Qeyd edilib ki, bioqrafiya qəhrəmanların həyat tarixinin müəyyən ardıcıllıqla təqdim olunmasını ifadə edir və dastan mətnlərində qəhrəmanların həyat yolunun sistemli şəkildə izlənməsinə şərait yaradır. Bu yanaşma epik mətnlərdə qəhrəman obrazının inkişaf dinamikasını və onun keçdiyi həyat mərhələlərini daha aydın şəkildə üzə çıxarır.

Sonda mövzu ətrafında müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb və dastan poetikasında zaman kateqoriyasının tədqiqinin folklorşünaslıq üçün aktual istiqamətlərdən biri olduğu vurğulanıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
7
1
azertag.az

2Источники