RU

Gecə bu saatda oyanırsınızsa –

Gecə saat 3-də qəfil oyanmaq bir çox insanın yaşadığı, amma səbəbini tam anlamadığı haldır. Bəziləri bunu təsadüf hesab etsə də, psixoloqlar erkən oyanmanın arxasında həm psixoloji, həm də fizioloji səbəblərin dayandığını bildirirlər. Metbuat.az-a açıqlama verən psixoloq Vüsalə Rüstəm deyib ki, yatan adamın müəyyən vaxtlarda oyanması normal sayılsa da, bunun tez-tez təkrarlanması düşündürücüdür. Xüsusilə stresli həyat tərzi bu halın tez-tez təkrarlanamsına səbəb olur. Fotoda: psixoloq Vüsalə Rüstəm
Vüsalə Rüstəm bildirib ki, gecə 3 radələrində oyanmaq çox vaxt narahatlıq, düşüncə yüklənməsi və ya daxili gərginliklə bağlı olur: “Bu saatlar insanın yuxusunun daha səthi mərhələsinə düşdüyü dövrə təsadüf edir və beyin daha aktiv işləyə bilər. Həmçinin hormon səviyyələrindəki dəyişikliklər, xüsusilə kortizolun artması oyanmanı asanlaşdırır. Bəzi hallarda isə gecə yarısı oyanmaq insanın gündəlik problemləri ilə bağlı şüuraltı düşüncələrinin aktivləşməsi ilə əlaqədar olur".

Psixoloqlar qeyd edib ki, yatmazdan əvvəl ağır yeməklərdən və kofeindən uzaq durmaqla, müntəzəm yuxu saatlarına riayət etməklə və rahatlaşdırıcı fəaliyyətlərə üstünlük verməklə bu problemdən nisbətən qurtulmaq mümkündür.

Избранный
16
metbuat.az

1Источники