RU

"Hizbullah" Livan və İsrail arasında birbaşa danışıqları rədd edir

Livanın "Hizbullah" hərəkatı Livan və İsrail arasında birbaşa danışıqların əleyhinədir.

Redaktor.az xəbər verir ki, bu barədə təşkilatın siyasi şurası sədrinin müavini Mahmud Komati "RIA Novosti"yə müsahibəsində bildirib. Onun sözlərinə görə, Livanda atəşkəsin əldə olunması İranın xidmətidir. Komati qeyd edib ki, "Hizbullah" İsraillə danışıqlardan Livan üçün hər hansı müsbət nəticə gözləmir.

"Biz Livanla israilli düşmən arasında birbaşa danışıqları qəti şəkildə rədd edirik və bunu tamamilə qəbuledilməz hesab edirik", - deyə o əlavə edib. Hərəkat nümayəndəsi, həmçinin vurğulayıb ki, ABŞ və İsraili Livanda atəşkəs danışıqlarına razı salan məhz İslam Respublikasının sərt mövqeyi olub. Komatinin sözlərinə görə, Vaşinqton və Təl-Əviv vəziyyəti elə qələmə verməyə çalışırlar ki, guya bu prosesin təşəbbüskarı onlardır.

Qeyd edək ki, "Al Hadath" telekanalının mənbəsi İsrail və Livan arasında səfirlər səviyyəsində danışıqların aprelin 14-də, çərşənbə axşamı Vaşinqtonda baş tutacağını xəbər verib. KİV-in müsahibinin bildirdiyinə görə, Birləşmiş Ştatlar həmin tarixə qədər Livanın paytaxtı Beyrutun hücumlardan qorunacağına zəmanət verib.

Избранный
27
1
redaktor.az

2Источники