RU

Tramp özü ilə bağlı diqqətçəkən FOTO paylaşıb

ABŞ lideri Donald Tramp özünün “şəfaçı kimi şəklini paylaşıb.

Qaziler.az xəbər verir ki, o, öz görüntüsünü “Truth Social” səhifəsində dərc edib.

Belə ki, şəkildə prezidentin bir əlini yataqda uzanan xəstənin alnına qoyduğu görünür. Onun toxunuşu isə kişinin başının ətrafında işıq əmələ gətirir. Digər əlində isə işıq topu tutub. Bu görüntünün fonunda onlar ABŞ hərbçisi, tibb bacısı, Trampın imzalı beysbol papağını taxan Trampın tərəfdarı və dua edən bir qadınla əhatə olunublar. Arxa planda Amerikanın simvolları - bayraq, Azadlıq heykəli və qartal görünür. Başının üzərində isə hərbi təyyarələr uçur.

Donald Trampın bu şəkli hansı məqsədlə paylaşdığı açıqlanmayıb.

QAZİLER.AZ

Избранный
20
qaziler.az

1Источники