RU

Tramp İrana görə Roma Papasına xəbərdarlıq etdi: "Mən olmasaydım..."

ABŞ Prezidenti Donald Tramp Roma Papası XIV Leonun siyasətini tənqid edib.

Redaktor.az xəbər verir ki, bu barədə o, "Truth Social" platformasında yazıb.

"Hamının bildiyi kimi, Leo minnətdar olmalıdır, çünki o, heyrətamiz bir sürpriz idi. O, heç bir papa namizədi siyahısında yox idi və Kilsə onu yalnız amerikalı olduğuna görə siyahıya daxil etdi. Onlar bunun Prezident Donald Trampla münasibət qurmağın ən yaxşı yolu olacağını düşünürdülər. Əgər mən Ağ Evdə olmasaydım, Leo Vatikanda olmazdı. Təəssüf ki, Leonun cinayətkarlıq və nüvə silahları ilə bağlı zəif cəhətləri mənə xoş gəlmir", - deyə Tramp bildirib.

Tramp yazıb ki, pontifikin İran və Venesuela ilə bağlı mövqeyi ilə razılaşmır. Onun sözlərinə görə, İranın nüvə silahına sahib olmasını məqbul hesab edən və ABŞ-nin Venesuelaya qarşı addımlarını tənqid edən Papa ilə razılaşmaq mümkün deyil. Prezident, həmçinin ABŞ administrasiyasına qarşı tənqidləri qəbul etmədiyini bildirib.

Qeyd edək ki, Roma Papası daha əvvəl ABŞ-nin İrana qarşı siyasətini tənqid edib. O, xüsusilə Amerika liderinin İran sivilizasiyasını məhv etməklə bağlı səsləndirdiyi təhdidləri qəbuledilməz adlandırmışdı.

Papa Pasxa bayramı münasibətilə Qərb xristianlarına müraciətində dünya liderlərini münaqişələrin kəskinləşməsinin qarşısını almağa və dialoqa üstünlük verməyə çağırmışdı.

Избранный
13
7
redaktor.az

9Источники