RU

Vaşinqton Çin qarşısında strateji cəhətdən zəifləyib

ain.az bildirir, Xalqcebhesi saytına əsaslanaraq.

İslamabadda keçirilən görüşdə sülh əldə edilməsi çətin idi. Müəyyən razılaşmalar olub -

Əsas Hörmüz boğazına nəzarət, İran'ın nüvə enerjisindən tam imtina, ballistik raketlərin uçuş məsafəsi ilə bağlı.

Bunu xalqcebhesi.az-a politoloq Məhəmməd Əsədullazadə deyib.

"İki həftəlik atəşkəsdi. Burada əsas məğlub olan tərəf məhz İsraildi.

İran və ABŞ özünü qalib hesab edir. İran güzəştə getməməklə məğlub olmadığını elan etdi. Bir növ daxili auditoriya üçün bu nə qədər rejimin qələbə qazanması deməkdir.

ABŞ yalnız İranın hərbi donanmasına və hərbi infrastrukturuna vurduğu zərbələr, həmçinin liderlərin aradan götürülməsi ilə qələbə əldə etdiyini elan edib" politoloq deyib.

O, qeyd edib ki, ABŞ prezidenti D.Tramp B.Netanyahunun təhriki ilə Rusiya -Ukrayna müharibəsi bitməmiş hərbi əməliyyatlara başlaması Vaşinqtonun Çin qarşısında strateji zəifləməsinə gətirib çıxarir.

Cavid

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
23
2
icma.az

3Источники