RU

İran yenidən bombardman ediləcək?

Pakistanda İranla nəticəsiz danışıqlardan sonra ABŞ Prezidenti Donald Tramp və onun müşavirləri Tehranı güzəştə getməyə məcbur etmək üçün İslam Respublikasına qarşı məhdud miqyaslı hücumların bərpası imkanını nəzərdən keçirirlər.

Publika.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti məlumat yayıb.

Nəşr bildirir ki, İranın genişmiqyaslı bombardmanının yenidən başlanması da istisna edilmir. Lakin bu variantın daha az ehtimal olunduğu bildirilir. Çünki belə addım regionda vəziyyətin kəskinləşməsinə və Vaşinqtonun uzunmüddətli silahlı münaqişəyə cəlb olunmasına səbəb ola bilər.

Избранный
27
publika.az

1Источники