NBA-də müntəzəm mövsüm başa çatıb.
Offsideplus.az xəbər verir ki, "Denver Naqqets" komandası "San Antonio Spörs"ü 128:118 hesabı ilə məğlub edərək ardıcıl 12-ci qələbəsini qazanıb və Qərbdə 3-cü pilləyə yüksəlib. Nikola YokiÇ cəmi 18 dəqiqə meydanda olsa da, 23 xal toplayaraq həm qələbədə pay sahibi olub, həm də mövsümün fərdi mükafatlarına (o cümlədən MVP) namizədlik hüququnu qoruyub.
Pley-off cütlüyü: "Denver Naqqets" (3) – "Minnesota Timbervulvz" (6).
Digər cütlük: "Los Anceles Leykers" (4) – "Hyuston Rokets" (5).
Şərqdə isə "Toronto Reptors" komandası "Bruklin Nets"i 136:101 hesabı ilə darmadağın edərək 2022-ci ildən bəri ilk dəfə pley-offa vəsiqə qazanıb. "Mecik" və "Hovks"un məğlubiyyətləri ilə Reptorsu konfransda 5-ci pilləyə çıxarıb.
Pley-off cütlüyü: Toronto Raptors (5) – Cleveland Cavaliers (4).
"Detroyt Pistons" mövsümü 60 qələbə ilə tamamlayaraq (2006-cı ildən bəri ilk dəfə) konfrans lideri olub. Pley-in mərhələsində "Şarlott Hornets" (9) – "Mayami Hit" (10) və "Filadelfiya" (7) – "Orlando Mecik" (8) qarşılaşacaq.
Qərbdə "Oklahoma Siti Tander" məğlubiyyətə baxmayaraq, konfrans liderliyini qoruyub. Pley-in mərhələsində "Finiks Sans" (7) – "Portlend Treyl Bleyzers" (8) oyunu baş tutacaq.