RU

Tramp Papa XIV Levini sərt tənqid edib, onu zəiflikdə ittiham edib

ABŞ prezidenti pontifikin İranla bağlı mövqeyinə etiraz edərək, onu həm xarici siyasətdə uğursuz, həm də cinayətkarlıq məsələsində zəif adlandırıb...

Poliqon xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində paylaşım edib. O, Roma Papası XIV Levini İranla bağlı səsləndirdiyi fikirlərə görə sərt tənqid edərək, pontifiki “xarici siyasətdə dəhşətli” və “cinayətkarlıq məsələsində zəif” adlandırıb.

Donald Tramp bildirib ki, Roma Papasının İrana nüvə silahı əldə etməyə imkan verilməli olduğu düşüncəsini daşımasını istəmir. ABŞ prezidenti eyni zamanda pontifikin Amerikanın Venesuelaya qarşı hücumunu “dəhşətli” hesab etməsini də qəbul etmədiyini vurğulayıb.

Trampın sözlərinə görə, Venesuela ABŞ-yə böyük həcmdə narkotik göndərən ölkə olub və bununla kifayətlənməyərək, həbsxanalarını da boşaldıb. O iddia edib ki, həmin məhbuslar arasında qatillər, narkotik alverçiləri və muzdlu killerslər də olub və onlar ABŞ-yə buraxılıb. Prezident əlavə edib ki, hazırda gördüyü addımlar məhz seçicilərin onu hakimiyyətə gətirərkən gözlədiyi siyasətin tərkib hissəsidir.

ABŞ prezidenti paylaşımında daha bir diqqətçəkən fikir səsləndirib. O bildirib ki, Roma Papası onun mövqeyinə görə minnətdar olmalıdır, çünki kilsə onu yalnız amerikalı olduğuna görə bu vəzifəyə təyin edib.

Trampın bu açıqlamaları Vatikanla Vaşinqton arasında ritorikanın daha da sərtləşdiyini göstərir. ABŞ prezidentinin həm dini liderin geosiyasi məsələlərə münasibətini, həm də onun seçilmə səbəbi ilə bağlı səsləndirdiyi fikirlər beynəlxalq müstəvidə geniş rezonans doğura bilər. Xüsusilə İran, Venesuela və ABŞ-nin xarici siyasəti kimi həssas mövzuların dini liderin açıqlamaları ilə birgə müzakirə olunması bu polemikanın təsir dairəsini daha da genişləndirir.

Poliqon.info

Избранный
25
poliqon.info

1Источники