RU

Saşa İliç: “Mənim futbolçu ilə konfliktim “feyk” xəbərdir”

Idman.biz saytından verilən məlumata görə, ain.az xəbər verir.

“Sumqayıt” Misli Premyer Liqasının 27-ci turu çərçivəsində səfərdə “Turan Tovuz”a 1:2 hesabı ilə məğlub olub.

İdman.Biz xəbər verir ki, komandanın baş məşqçisi Saşa İliç matçdan sonra keçirilən mətbuat konfransında bir sıra maraqlı məqamlara toxunub.

Təcrübəli mütəxəssis ilk növbədə müdafiəçi Danilo Beskorovaynıy ilə arasında konflikt olması barədə yayılan məlumatları təkzib edib:

“Mənim Danilo ilə konfliktim haqda yazılanlar 100 faiz “feyk”dir. Bu cür yalan xəbərin yayılması həm klub, həm oyunçu, həm də mənim üçün çox pisdir. Danilonun oynamamasının səbəbi sənəd məsələlərinə görə məşqlərə üç gün gecikməsi ilə bağlıdır”.

Oyunu şərh edən İliç ilk dəqiqələrdəki zəif çıxışı stadiondakı ab-hava ilə əlaqələndirib:

“İlk 15 dəqiqə bir az qorxaq futbol oynadıq. Bəlkə də stadiondakı ab-hava oyunçulara təsir etdi. Öz səhvlərimizdən qollar buraxdıq. Amma ikinci hissədəki oyundan razıyam, görüşü nəzarətdə saxladıq”.

Baş məşqçi hakim idarəçiliyindən də narazılığını bildirib:

“Hakimlərlə bağlı məsələlər var, hər dəfə onların səhvi təsirini göstərir. Bu gün də əlavə vaxtı daha çox artırmaq olardı. Bu cür kiçik səhvlər nəticəyə təsir edir”.

Sonda aşağı pillələrə düşmək təhlükəsindən danışan serbiyalı mütəxəssis optimistliyini qoruyub:

“Premyer Liqadan düşmək haqqında düşünmürəm. Təbii ki, hər şey ola bilər, hələ altı oyun var. Amma bunun baş verəcəyinə inanmıram”.

İdman.Biz

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
44
icma.az

1Источники