RU

“Macarıstan səfirliyində səsvermə uğurla keçirilib” Səfir

ain.az, 525.az saytına istinadən bildirir.

Macarıstanın Bakıdakı Səfirliyində bu ölkədə parlament seçkiləri çərçivəsində səsvermə uğurla keçirilib.

Bu barədə 525.az-a Macarıstanın Bakıdakı səfiri Tamaş Torman məlumat verib.

Səfir bildirib ki, ​Bakıda qeydiyyata alınmış 55 seçicidən 54-ü səsvermədə iştirak edib: “Göstərilən dəstəyə görə Azərbaycan hakimiyyətinə təşəkkürümüzü bildiririk”.

Qeyd edək ki, Macarıstanda parlament seçkilərində seçici fəallığı ölkə tarixində rekord səviyyəyə yüksəlib. Milli Seçki Bürosu seçici fəallığının 77,8% təşkil etdiyini açıqlayıb.

Pərvanə Sultanova

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
31
525.az

1Источники