RU

İlkin nəticələr açıqlandı: Orban uduzur

Macarıstanda keçirilən parlament seçkilərinin ilkin nəticələri açıqlanıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Milli Seçki bürosu məlumat yayıb.

Bildirilib ki, indiyə qədər səslərin 29,21%-i sayılıb.

Hazırkı nəticələrə görə, Avropa Parlamentinin üzvü Peter Magyarın rəhbərlik etdiyi "Tisa" mojaritar seçki dairələrində 95 yer, partiya siyahılarında isə 37 yer qazanır.

Orbanın Fides-Macarıstan Vətəndaş Birliyi və onun kiçik tərəfdaşı Xristian Demokratlardan ibarət hakim koalisiya 59 yerə (11-i mojaritar, 48-i isə partiya siyahılarında) ümid edə bilər. İfrat sağçı Bizim Vətənimiz Partiyası hazırda parlamentdə səkkiz yerə malikdir.

​Milli.Az 

Избранный
19
milli.az

1Источники