“Liverpul” klubu mövsüm sonunda komandadan ayrılması gözlənilən ulduz hücumçu Məhəmməd Salahı əvəzləmək üçün hərəkətə keçib.
Fanat.Az xəbər verir ki, “qırmızılar” “Brayton”un gənc vingeri Yankuba Mintehi siyahının ilk pilləsinə yerləşdirib. Qambiyalı futbolçu hazırkı baş məşqçi Arne Slot ilə “Feyenoord”da birlikdə çalışıb və Slotun oyun fəlsəfəsinə yaxından bələddir.
Bu mövsüm Premyer Liqada 2 qol və 4 məhsuldar ötürmə ilə yadda qalan “Qambiyalı Messi” ləqəbli Mintehin bu keçid üçün mövsümün qalan hissəsində sabitlik nümayiş etdirməsi tələb olunur.
Transferin Salahın gedişindən sonra rəsmiləşəcəyi gözlənilir.