futbolpress-az portalından verilən məlumata əsasən, ain.az bildirir.
Misli Premyer Liqasının XXVII turunun “Turan Tovuz” – “Sumqayıt” oyunundan (2:1) sonra meydan sahibi komandanın baş məşqçisi Kurban Berdıyev jurnalistlərin suallarını cavablandırıb.
Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb:
– Vacib və lazımlı qələbə qazandıq. Oyundan əvvəl uşaqlarda həyəcan var idi. Şükürlər olsun, qələbə qazandıq.
– İkinci hissədə oyununuzun alınmaması nə ilə bağlı idi? 2:0-dan sonra arxayınlıq yarandı?
– 2:0-dan sonra çalışdıq ki, hesabı qoruyaq. Buna görə müdafiəyə çəkildik.
– Ot örtüyünün vəziyyəti necədir?
– Ot örtüyü çox yaxşı idi. Ümid edirik ki, həmişə belə qalar. Klubun prezidentinə təşəkkür edirik ki, belə şərait yaradıb.
– Əliyar Ağayev bu oyuna təyinat alsaydı, etiraz edərdiniz?
– Hakimləri tanımıram. Təyinat alsaydı, oynamalıydıq.
– Bu heyət avrokuboklarda oynamağa neçə faiz hazırdır?
– Nəsə demək çətindir. Heyətin möhkəmlənməyinə ehtiyac var. Avrokuboklara düşməyimiz də hələ bəlli deyil. İndidən avrokuboklardan danışırıq, ancaq hələ ora çatmamışıq.
– Avrokuboklara düşsəniz, oyunlar Tovuzda olacaq?
– Əlbəttə. Bizim şəhərimiz, meydanımızdır.
– Müqaviləniz mövsümün sonuna kimidir. Uzatmaq istəyirsiniz?
– Klubdaxili məsələdir.
Şahin Cəfərov
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.