RU

"Turan Tovuz" evdə "Sumqayıt"a qalib gəlib - Premyer Liqa

Bakı. Trend:

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXVII tura yekunvurulub.

Trend xəbər verir ki,bağlanış matçı "Turan Tovuz" və "Sumqayıt" komandaları arasındaoynanılıb. Tovuz şəhər stadionunda keçirilən qarşılaşma meydansahibi komandanın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Bu nəticədən sonra xallarını 52-yə çatdıran "Turan Tovuz" 3-cüpillədəki mövqeyini möhkəmlədib. "Sumqayıt" isə 32 xalla 8-cipillədə qərarlaşıb.

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Karvan-Yevlax" "Kəpəz"ə4:1, "Neftçi" "Araz-Naxçıvan"a 2:1, "İmişli" "Qəbələ"yə 1:0 hesabıilə qalib gəlib, "Sabah" - "Zirə" (2:2) və "Şamaxı" - "Qarabağ"(0:0) oyunlarında isə qalib müəyyənləşməyib.

Избранный
16
5
az.trend.az

7Источники