ain.az bildirir, Qol.az portalına istinadən.
“Sumqayıt” fərqi azaltdı - Yenilənir
Bu gün Misli Premyer Liqasında 27-ci tura yekun vurulacaq.
QOL.az xəbər verir ki, son oyun gününə nəzərdə tutulan 2 matçdan biri artıq başa çatıb.
Əvvəlcə autsayderlərdən olan "Qəbələ" öz meydanında "İmişli" ilə qarşılaşıb. Matç qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Günün və turun son matçında isə "Turan Tovuz" doğma meydanında "Sumqayıt"ı qəbul edir. Bu mövsüm meydançada yaranan problemlər səbəbindən "Turan Tovuz" ev oyunlarını Bakıdakı "Azərsun Arena"da və Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirirdi.
12 aprel (bazar)
Misli Premyer Liqası
27-ci tur
18:00. “Turan Tovuz” - “Sumqayıt” - 2:1 (İkinci hissə)
Qol: Filip Ozobiç, 8 (1:0), Joarlem Santos, 50 (2:0), Rayan Senhadji, 63 (2:1)
Tovuz şəhər stadionu
15:30. “Qəbələ” - “İmişli” - 0:1
Qol: Dioqo Rollo, 45
Qəbələ şəhər stadionu
10 aprel (cümə)
“Karvan-Yevlax” - “Kəpəz” - 4:1
11 aprel (şənbə)
“Neftçi” - “Araz-Naxçıvan” - 2:1
“Sabah” - “Zirə” - 2:2
“Şamaxı” - “Qarabağ” - 0:0

Bombardirlər:
Coy Lens Mikels (“Sabah”) - 18 qol
Velko Şimiç (“Sabah”) - 11 qol
Bassalu Sambu ("Neftçi") - 10 qol
Emin Mahmudov ("Neftçi") - 9 qol
Karim Rossi ("Şamaxı") - 9 qol
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.