“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola komandasının yazda niyə daha yüksək səviyyədə oynadığını izah edib.
Publika.az xəbər verir ki, Qvardiola bu barədə “Çelsi” ilə oyundan əvvəl keçirilən mətbuat konfransında bildirib.
“Düşünürəm ki, bu, sərt qışla bağlıdır. Günəş qayıdanda, yaz gələndə əhvalımız yüksəlir və özümüzü daha yaxşı hiss edirik. Buna görə də komanda matçlarda qalib gəlir. Buna görə də bu mövsüm o qədər də yaxşı olmadıq, çünki hava pis idi”.