İran Hörmüz boğazını açacağına söz verdi, lakin bunu bilərəkdən yerinə yetirmədi.
Aznews.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp bu barədə paylaşmında bildirib.
“Bu, dünyanın müxtəlif ölkələrində və insanlarda narahatlığa səbəb oldu. Onlar sulara mina yerləşdirdiklərini deyirlər, halbuki onların bütün donanması və “mina yerləşdirən” qüvvələrinin əksəriyyəti tamamilə məhv edilib. Ola bilər ki, bunu ediblər, lakin hansı gəmi sahibi belə riskə gedər? Bu, İranın və onların “liderlərinin” nüfuzuna böyük ləkə və zərbədir, lakin biz artıq bu mərhələdən keçmişik. Vəd etdikləri kimi, onlar bu beynəlxalq su yolunu dərhal və sürətlə açmaq prosesinə başlamalıdırlar! Onlar bütün qanunları pozurlar”, - deyə ABŞ Prezidenti qeyd edib .