RU

“Betmen”in aktyoru vəfat etdi

Britaniyalı aktyor Con Nolan 88 yaşında vəfat edib.

Bu haqda “Herald” nəşri məlumat yayıb. 

Məlumata görə, aktyor aprelin 11-də dünyasını dəyişib.

Qeyd edək ki, 1960-cı illərin sonundan bəri Nolan onlarla filmdə rol alıb. O, daha çox “Betmen: Başlanğıc”, “Qara Cəngavər: Əfsanənin Qayıdışı” və “Dünkerk” filmlərindəki rolları ilə tanınıb.

Aktyor iki dəfə “Oskar” mükafatı almış britaniyalı rejissor Kristofer Nolan və ssenarist Conatan Nolanın əmisi idi.

"Cebheinfo.az" 

Избранный
21
1
cebheinfo.az

2Источники