RU

Dünya liderləri Türkiyədə toplaşır

Dünya liderləri və hökumət rəsmiləri 17-19 aprel tarixlərində keçiriləcək 5-ci Antalya Diplomasi Forumu çərçivəsində bir araya gələcək. Metbuat.az TRT Haber-ə istinadən xəbər verir ki, “Gələcəyi formalaşdırarkən qeyri-müəyyənliklərlə mübarizə” əsas mövzusu ilə təşkil olunacaq forum Antalya şəhərində baş tutacaq. Diplomatik mənbələrin məlumatına görə, tədbir Recep Tayyip Erdoğan-ın himayəsi və Türkiyə Xarici İşlər Nazirliyi-nin ev sahibliyi ilə keçiriləcək. İlk dəfə 2021-ci ildə təşkil olunan forum bu il də beynəlxalq diqqət mərkəzində olacaq.Forumda 150-dən çox ölkədən 20-dən artıq dövlət və hökumət başçısı, 15-ə yaxın vitse-prezident və ya baş nazir müavini, 40-dan çox xarici işlər naziri daxil olmaqla ümumilikdə 50-dən artıq nazir iştirak edəcək. Həmçinin 75 beynəlxalq təşkilat nümayəndəsi və akademiklər, tələbələr də daxil olmaqla təxminən 5 min iştirakçının qatılması gözlənilir.Məlumata əsasən, dövlət başçıları səviyyəsində iştirakçıların yarısının Afrika və Avropadan, xarici işlər nazirləri səviyyəsində isə 40 faizinin Afrika, 35 faizinin Avropa, 22 faizinin isə Asiyadan olması proqnozlaşdırılır.ADF2026 çərçivəsində lider panelləri də daxil olmaqla 40-dan çox tədbir və sessiyanın keçirilməsi planlaşdırılır. Bu sessiyalarda qlobal sistemdə artan qeyri-müəyyənliklər, regional proseslər, eləcə də siyasi, iqtisadi, ekoloji və texnoloji sahələrdə baş verən dəyişikliklər geniş müzakirə olunacaq.Forumun bütün tədbirləri rəsmi internet səhifəsi və sosial media platformaları üzərindən canlı yayımlanacaq. Sessiyaların əhəmiyyətli hissəsi isə TRT vasitəsilə birbaşa efirdə təqdim ediləcək.

Bundan əlavə, Hakan Fidan forum çərçivəsində Balkan Sülh Platformasının üçüncü xarici işlər nazirləri toplantısı, Qəzza mövzusunda səkkizli görüş, Türk Dövlətləri Təşkilatı Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclası, eləcə də Türkiyə-Pakistan-Səudiyyə Ərəbistanı-Misir formatında keçiriləcək görüşlərdə iştirak edəcək.

Избранный
29
metbuat.az

1Источники