RU

Qadınların yorğunluqla səhv saldığı infarkt simptomları açıqlandı

“Mirror” qəzetinin yazdığına görə, Amerika Ürək Assosiasiyasının həkimləri qadınların tez-tez diqqətdən qaçırdığı infarkt əlamətlərini sadalayıblar.

Mütəxəssislərin sözlərinə görə, ürək tutması zamanı ağrı adətən sinənin mərkəzində sıxılma, yanma və ya təzyiq kimi hiss olunur. Bu ağrı bir neçə dəqiqədən artıq davam edə və ya gəlib-gedə bilər. Lakin kardioloqlar xəbərdarlıq edirlər ki, bu həyati təhlükəli vəziyyətin simptomları qadınlarda fərqli şəkildə özünü göstərə bilər və çox vaxt yaşlanma, adi narahatlıq və ya reflüks kimi yanlış qiymətləndirilir.

Həkimlər qeyd ediblər ki, qadınlar ürək tutması zamanı kişilərlə müqayisədə daha çox aşağıdakı əlamətlərdən şikayət edirlər: güclü yorğunluq, nəfəs darlığı, ürəkbulanma və ya qusma, həmçinin bel və ya çənə ağrısı.

Mütəxəssislər əlavə ediblər ki, hər beş ürək tutmasından biri heç bir aydın simptom olmadan baş verə bilər. Əlamətlər özünü göstərdikdə isə onlar çox vaxt yüngül olur və qrip və ya mədə pozğunluğu ilə qarışdırıla bilər.

“Əgər qeyri-adi və ya narahatlıq doğuran, hətta yüngül ürək tutması simptomları hiss edirsinizsə, ehtiyatlı olun və mütləq həkimə müraciət edin”, - deyə ekspertlər tövsiyə ediblər.//E-saglam.az

Избранный
1
5
musavat.com

6Источники