RU

Doqquzuncu siniflərə buraxılış imtahanı keçirildi - Nəticələr nə zaman məlum olacaq?

Bu gün Bakı şəhərinin Sabunçu, Xəzər, Yasamal, Binəqədi rayonlarında, Sumqayıt, Gəncə, Mingəçevir şəhərlərində, Abşeron, Daşkəsən, Şəmkir, Qazax, Qəbələ, Oğuz, Lənkəran, Cəlilabad, Masallı, Beyləqan, Füzuli (o cümlədən M.Uluqbəy adına 1 nömrəli 12 aprel tam orta məktəb), Zəngilan (Ağalı kənd tam orta məktəbi), Cəbrayıl (M.Mehdizadə adına tam orta məktəb), Ağdaş, Ağsu, Qobustan, Sabirabad, Neftçala, Şirvan, Xaçmaz, Quba rayonlarında, eləcə də tədrisi ingilis dilində aparılan ümumtəhsil müəssisələrinin şagirdləri üçün buraxılış imtahanı keçirilib.

Redaktor.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.

Qeyd olunub ki, imtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 216 imtahan binası, 3 837 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 627 imtahan rəhbəri və ümumi rəhbər, 4 800 nəzarətçi, 701 buraxılış rejimi əməkdaşı (mühafizə) və 216 bina nümayəndəsi ayrılıb. İmtahanda 52 687 şagirdin iştirakı gözlənilirdi.

İmtahanda iştirak etmək üçün tələb olunan sənədləri qaydasında olmayan - şəxsiyyət vəsiqəsini evdə unudan, şəxsiyyəti təsdiq edən sənədin surəti ilə imtahana gələn və ya vəsiqəsində şəkli olmadığı üçün məktəbdən verilən şəkilli arayışı özü ilə gətirməyən şagirdlər də olub.

İlkin məlumatlara əsasən, üç nəfərdə mobil telefon aşkar edildiyi üçün imtahandan xaric olunub və araşdırma aparılacaq.

Aprelin 13-dən etibarən DİM-də imtahan protokollarının və cavab vərəqlərinin emalına başlanılacaq.

İmtahanda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin yaxın beş həftə ərzində elan olunması nəzərdə tutulur.

İmtahanda istifadə edilmiş test tapşırıqlarının (qapalı və kodlaşdırıla bilən açıq tipli) düzgün cavabları sabah gün ərzində Dövlət İmtahan Mərkəzinin saytına yerləşdiriləcək.

Избранный
16
49
redaktor.az

10Источники