RU

Macarıstanda parlament seçkiləri keçirilir

Macarıstanda keçirilən parlament seçkilərində seçici fəallığı əvvəlki illərin rekordlarını qıraraq, yerli vaxtla saat 11:00-a olan məlumata görə 37,98% təşkil edib.

Publika.az xəbər verir ki, bu barədə səsvermənin təşkilinə məsul olan Milli Seçki Bürosu (NVI) məlumat yayıb.

Büronun rəsmi saytında dərc olunan diaqram göstərir ki, səhər saat 09:00-da səsvermə hüququ olan vətəndaşların 16,89%-i seçki məntəqələrinə gəldiyi halda, cəmi iki saat sonra bu göstərici iki dəfədən çox artıb.

Yerli KİV-lərin məlumatına görə, hazırkı aktivlik 2022-ci ildə keçirilmiş əvvəlki parlament seçkiləri ilə müqayisədə xeyli yüksəkdir. Xatırladaq ki, həmin vaxt yekun seçici fəallığı təxminən 70% olmuşdu.

Избранный
19
publika.az

1Источники