Ukrayna müharibənin 1509-cu günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.
“İki sahil” xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.
Məlumata əsasən, Rusiya indiyə qədər 1 311 180 hərbçi, 11 859 ədəd tank, 24 384 ədəd zirehli döyüş maşını, 39 871 ədəd artilleriya sistemi, 1 727 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1 345 hava hücumundan müdafiə sistemi, 435 ədəd hərbi təyyarə, 350 ədəd helikopter, 88 914 ədəd avtomobil texnikası, 233 866 ədəd PUA, 4 517 qanadlı raket, 33 gəmi/kater, 2 sualtı qayıq, 4 121 xüsusi avadanlıq itirib.