RU

Salyanda “Opel” aşdı - Ölən var

Salyan rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az xəbər verir ki, hadisə Ələt–Astara magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Sumqayıt şəhər sakini 1980-ci il təvəllüdlü Anar Paşayevin idarə etdiyi “Opel” markalı minik avtomobili idarəetmədən çıxaraq yolun kənarına aşıb.

Qəza nəticəsində sürücü və ailə üzvüləri olan sərnişinlər – 1956-cı il təvəllüdlü Paşayeva Valiyə Abdulla qızı və 2012-ci il təvəllüdlü Paşayev Mirməhəmməd Anar oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılardan Valiyə Paşayeva xəstəxanaya aparılarkən həyatını itirib.

Faktla bağlı araşdırma aparılır (Qafqazinfo).

Избранный
20
2
redaktor.az

4Источники