RU

Futbol oynadığı dönəmdə gülüş obyekti olan futbolçu indi milyonlar qazanır...

Footbal-plus portalından verilən məlumata əsasən, ain.az bildirir.

Öz dönəminin tanınmış forvardlarından olan, ''Tottenhem'', ''Aston Villa'', ''Liverpul'', ''Bernli'', ''Stok Siti'' kimi klubların şərəfini qoruyan və 2019-cu ildə 38 yaşında karyerasını bitirən Piter Krauç sərvəti ilə diqqət çəkir. "Football-plus.az" xəbər verir ki, 201 sm boya malik olan və futbol oynadığı illərdə zaman-zaman xarici görünüşünə görə gülüş obyektinə çevrilən Krauç əksinə futboldan sonra daha çox pul qazanmağa başlayıb. Məşhur həmyerlisi Devid Bekhemdən fərqli olaraq məhz xarici görünüşü üzündən futbol oynadığı illərdə Krauça ciddi reklam və sponsorluq təklifləri gəlmirdi. Amma o, əksinə karyerasını bitirdikdən sonra bir qədər də populyarlaşıb və tanınmış şirkətlərlə əməkdaşlıq etməyə başlayıb. O hazırda bir çox ünlü reklam şirkətinin əsas simasıdı. Bir qaynaq bununla bağlı İngiltərə mətbuatına bunları deyib:

''Bu, qəribə bir durumdu. Görünüşü Bekhem qədər yaraşıqlı olmasa da, qeyri-adi fiziki göstəriciləri və gülərüz, xoş xasiyyətli olması onu ictimaiyyət üçün maraqlı simaya çevirib''.

Krauçun indiki sərvəti 35 milyon funt sterlinq, həyat yoldaşı Ebbinin sərvəti isə 4 milyon funt sterlinqdi. Təbii ki, bunu ümumi sərvəti 550 milyon funt sterlinq olan Devid və Viktoriya Bekhem cütlüyü ilə müqayisə etmək düzgün olmaz. Amma yenə də 45 yaşlı Krauçun futbolla vidalaşdıqdan sonra milyonlar qazana biləcəyini heç kim gözləmirdi. Sabiq futbolçu xoşbəxt evliliyi ilə də diqqət çəkir. 2011-ci ildə evlənən Piter və Ebbi Krauç cütlüyünün 14 yaşlı Sofiya, 10 yaşlı Liberti, 7 yaşlı Conni və 6 yaşlı Cek olmaqla 4 övladı var.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
17
1
icma.az

2Источники