RU

İslamabadda ABŞ-İran danışıqlarının üçüncü raundu başa çatıb

İslamabadda ABŞ-İran danışıqlarının üçüncü raundu başa çatıb.

Xezerxeber.az xarici mediaya istinadla xəbər verir ki, İran tərəfinin məlumatına görə, danışıqlar fikir ayrılıqlarına baxmayaraq davam edəcək.

Qeyd olunur ki, tərəflər müzakirə olunan məsələlərin mətnlərini mübadilə ediblər. Bu, nümayəndə heyətlərinin ekspert və texniki qruplarını əhatə edir. 

Qeyd edək ki, bu gün Pakistanın vasitəçiliyi ilə İslamabadda ABŞ və İran arasında yüksəksəviyyəli danışıqlar başlayıb. Bu, 1979-cu ildə İslam Respublikasının qurulmasından bəri İran və ABŞ arasında ən yüksəksəviyyəli birbaşa danışıqlardır. ABŞ tərəfdən danışıqlara Vitse-prezident Cey. Di. Vens rəhbərlik edir. Heyətə Prezident Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və Cared Kuşner də daxildir. İranın nümayəndə heyətinə isə parlament sədri Məhəmməd Bağır Qalibaf rəhbərlik edir. Nümayəndə heyətində İranın xarici işlər naziri Abbas Əraqçi da təmsil olunur.

Избранный
22
3
xezerxeber.az

10Источники