RU

Yamaldan daha bir uğur

İspaniya çempionatının 31-ci turunda “Barselona” evdə “Espanyol”u 4:1 hesabı ilə məğlub edib.

Publika.az xəbər verir ki, cinah oyunçusu Lamin Yamal start heyətində meydana çıxıb, bir qol vurub və iki məhsuldar ötürmə edib.

Bu matç Yamalın La Liqada 100-cü oyunu olub. O, bu nailiyyətə 18 yaş 272 günlüyündə nail olub. Yamal, 19 yaş 284 günlüyündə 100-cü La Liqa oyununu keçirən “Real Madrid”in keçmiş hücumçusu Raulun rekordunu qırıb.

Избранный
29
publika.az

1Источники