RU

Ronaldo 968-ci qolunu vurdu

Səudiyyə Ərəbistanı çempionatının 28-ci turunda “Əl-Nəsr” “Əl-Oxdud” üzərində qələbə qazanıb.

Publika.az xəbər verir ki, görüş 2:0 hesabı ilə başa çatıb. Hesabı 15-ci dəqiqədə Kriştiano Ronaldo açıb. Bu, onun karyerasındakı 968-ci qol olub.

İkinci hissənin əvvəlində isə Joau Feliks yekun nəticəni müəyyənləşdirib.

“Əl-Nəsr” çempionatda ardıcıl 14-cü qələbəsini qazanaraq turnir cədvəlinə başçılıq etməyə davam edir.

Избранный
36
1
publika.az

4Источники