RU

İslamabadda ABŞ-İran danışıqlarının üçüncü raundu daNƏTİCƏSİZ BAŞA ÇATDI

İslamabadda ABŞ-İran danışıqlarının üçüncü raundu da başa çatıb.

 

Senzor.az xarici KİV-ə istinadla xəbər verir ki, İran tərəfinin məlumatına görə, danışıqlar fikir ayrılıqlarına baxmayaraq davam edəcək.

 

Qeyd olunur ki, tərəflər müzakirə olunan məsələlərin mətnlərini mübadilə ediblər. Hansı ki, bu, nümayəndə heyətlərinin ekspert və texniki qruplarını əhatə edir.

 

**00:47

 

İslamabadda Pakistan vasitəçilərinin iştirakı ilə İran və ABŞ nümayəndə heyətləri arasında danışıqların üçüncü raundu başlayıb.

 

Bu barədə İranın dövlət televiziyası məlumat yayıb.

 

Qeyd olunur ki, bu, İran və ABŞ nümayəndə heyətlərinin bəzi məsələlərdə razılığa gəlməsi üçün "son şans"dır. 

 

**23:14

 

İslamabadda ABŞ və İran arasında birbaşa danışıqların birinci mərhələsi əsas məsələlər üzrə yazılı mətn mübadiləsi ilə başa çatıb.

 

Bu barədə İranın IRIB saytı məlumat yayıb. Bildirilir ki, danışıqların növbəti mərhələsi bu gecə və ya bazar günü davam edə bilər.

 

Qeyd edək ki, bu gün Pakistanın vasitəçiliyi ilə İslamabadda ABŞ və İran arasında yüksəksəviyyəli danışıqlar başlayıb. Bu, 1979-cu ildə İslam Respublikasının qurulmasından bəri İran və ABŞ arasında ən yüksəksəviyyəli birbaşa danışıqlardır. ABŞ tərəfdən danışıqlara Vitse-prezident Cey. Di. Vens rəhbərlik edir. Heyətə Prezident Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və Cared Kuşner də daxildir. İranın nümayəndə heyətinə isə parlament Sədri Məhəmməd Bağır Qalibaf rəhbərlik edir. Nümayəndə heyətində İranın xarici işlər naziri Abbas Əraqçi da təmsil olunur.

 


[media=ttps://www.youtube.com/watch?v=-FOxrqcp-Qc ]


 


 


 

h

Избранный
23
3
senzor.az

10Источники