sport24.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
"Roma"nın texniki direktoru Klaudio Ranyeri İtaliya millisinə rəhbərlik edə bilər. Sport24.az xəbər verir ki, bu barədə "La Gazetta delo Sport" məlumat yayıb.
Mənbənin sözlərinə görə, 74 yaşlı mütəxəssis hazırda "Roma"nın baş məşqçisi Can Pyero Qasperini ilə gərgin münasibətdə olduğundan məşqçiliyə qayıtmağı düşünə bilər.
Ranyerinin məşqçi kimi son iş yeri 2024-cü ilin noyabrından 2025-ci ilin iyununa qədər çalışdığı "Roma" olub. "Canavarlar" onun rəhbərliyi altında A Seriyasında beşinci yeri tutsa da, Avropa Liqasının 1/8 final mərhələsində mübarizəni dayandırıb. Ranyeri 2014-cü ildə Yunanıstan millisinin "sükanı arxasında" olub. İtaliyalı mütəxəssis hazırda "Roma"da texniki direktor vəzifəsini tutur.
Qeyd edək ki, İtaliyanın gənclər komandasında çalışmış Silvio Baldini "azzurri"nin müvəqqəti məşqçisi təyin edilib. Bir müddət əvvəl isə mətbuatda Massimiliano Alleqri və Roberto Mançininin İtaliya yığmasının baş məşqçisi olacağı ilə bağlı xəbərlər yayılmışdı. Namizədlər arasında Antonio Kontenin də adı çəkilir.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.