RU

Londonda Fələstini dəstəkləyən nümayişdə saxlanılanların sayı 500-ü keçib - YENİLƏNİB 2

Aprelin 11-də Londonun mərkəzində Fələstin tərəfdarı olan “Palestine Action”u dəstəkləmək üçün təşkil olunan nümayişdə saxlanılanların sayı 523-ə çatıb.

APA xəbər verir ki, bu barədə London polis idarəsi məlumat yayıb.

Saxlanılanların yaşı 18 ilə 87 arasında olub.

***

01:12

Londonun mərkəzində Fələstin tərəfdarı olan “Palestine Action”u dəstəkləmək üçün təşkil olunan nümayişdə saxlanılanların sayı 212-yə çatıb.

APA xəbər verir ki, bu barədə London polis idarəsi məlumat yayıb.

Məlumata görə, Trafalqar Meydanında keçirilən etiraz aksiyası artıq başa çatıb.

***

20:27

Londonun mərkəzində Fələstin tərəfdarı olan “Palestine Action”u dəstəkləmək üçün təşkil olunan nümayişdə 90-dan çox insan saxlanılıb.

APA xəbər verir ki, bu barədə London polis idarəsi məlumat yayıb.

Məlumata görə, polis əməkdaşları qadağan olunmuş təşkilatı dəstəklədiklərini bildirdikləri üçün 92 nəfəri həbs ediblər. Həbs olunanların yaşı 27 ilə 82 arasında olub. Polis əməkdaşları həbsləri davam etdirir və bir qrup etirazçının hazırda Trafalqar Meydanında olduğu bildirilir.

Qeyd edək ki, bu, İngiltərə və Uels Ali Məhkəməsinin 13 fevralda “Palestine Action”un qadağan edilməsinin qanunsuz olduğu barədə qərarından bəri ilk etirazdır. Böyük Britaniya hökuməti qərardan apelyasiya şikayəti verib.

Избранный
21
6
apa.az

9Источники