RU

"Barcelona"nın təklifini rəd etdilər - 60 milyon avro istəyirlər...

"İnter"in müdafiəçisi Alessandro Bastoni "Barselona"nın təklifinə rədd cavabı verib. "Corriere dello Sport"un yazdığına görə, 26 yaşlı futbolçu yaxın gələcəkdə klubunu dəyişmək niyyətində deyil.

Kataloniya klubunun nümayəndələri oyunçunun çevrəsinə müraciət etsələr də, heç bir əsaslı danışıqlar apara bilməyiblər. Oyunçunun özü mövqeyində möhkəm qalır və Milan təmsilçiində oynamağa davam etmək niyyətindədir. "İnter" Bastonini əsas müdafiə oyunçularından biri kimi görür.

Ötən həftə "İnter"in Bastoni üçün "Barselona"nın 45 milyon avroluq ilk təklifini rədd etdiyi və ən azı 60 milyon avroluq ödəniş tələb etdiyi bildirilmişdi.

Mətləb

Избранный
13
1
sia.az

3Источники