RU

Netanyahunun Ərdoğana hücumu cavabsız qalmadı

Türkiyə hakimiyyətindən İsrailin baş naziri Benyamin Netanyahuya qarşı ard-arda çox sərt açıqlamalar verilib.


Musavat.com xəbər verir ki, həm Türkiyə Xarici İşlər Nazirliyi, həm də Prezident Administrasiyası Netanyahu hökumətini ağır ittihamlarla hədəfə alıb.

XİN-in bəyanatında Netanyahu “çağımızın Hitleri” kimi xarakterizə olunub və onun barəsində Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən müharibə cinayətləri və insanlığa qarşı cinayətlər üzrə həbs qərarı olduğu vurğulanıb. Bildirilib ki, İsrail hazırda Beynəlxalq Ədalət Məhkəməsində soyqırım ittihamları ilə üz-üzədir.

Rəsmi Ankara hesab edir ki, Netanyahunun əsas məqsədi davam edən sülh danışıqlarını pozmaq və regionda ekspansionist siyasəti davam etdirməkdir. Eyni zamanda qeyd olunub ki, Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğana qarşı səsləndirilən ittihamlar “yalan və səviyyəsiz”dir və bu hücumlar Ankaranın dilə gətirdiyi həqiqətlərin yaratdığı narahatlıqdan qaynaqlanır.

Prezident Administrasiyasının Kommunikasiya rəhbəri Burhanəddin Duran da Netanyahuya qarşı sərt mövqe sərgiləyib. O bildirib ki, Qəzzədə soyqırım törədən və regionda bir neçə ölkəyə hücum edən Netanyahu “çaresizlik içində” Ərdoğanı hədəf alır.

Duranın sözlərinə görə, Netanyahu “dostu qalmamış cinayətkar”dır və siyasi mövcudluğunu qorumaq üçün bölgəni qəsdən xaos və qarşıdurmaya sürükləyir. O əlavə edib ki, İsrail baş naziri nə mənəvi dəyərlərdən danışmağa, nə də başqalarına dərs verməyə legitimliyə malikdir.

Açıqlamalarda vurğulanır ki, Türkiyə Rəcəb Tayyip Ərdoğanın liderliyi ilə daha ədalətli və təhlükəsiz dünya uğrunda mübarizəni davamq etdirəcək, eyni zamanda mülki şəxslərin yanında olacaq və Netanyahunun törətdiyi cinayətlərə görə cavab verməsi üçün səylərini artıracaq.

Musavat.com

Избранный
36
musavat.com

1Источники