RU

Gürcüstandan olan soydaşımız Şimali Makedoniyada keçirilən turnirdə qızıl medal qazanıb

Azertag saytına istinadən ain.az xəbər verir.

Tbilisi, 12 aprel, AZƏRTAC

Gürcüstanın Rustavi şəhərindən olan 17 yaşlı azərbaycanlı Əbülfəz Məmmədov Şimali Makedoniyada keçirilən “Skopje Open Raumus 2026” taekvondo turnirində qızıl medal qazanıb.

AZƏRTAC xəbər verir ki, o, yarışda yüksək pumse texnikası və akrobatik elementləri ilə fərqlənərək güclü rəqiblərini üstələyib.

Soydaşımız Əbülfəz Məmmədov 48 kiloqram çəki dərəcəsində bütün rəqiblərini məğlub edərək turnirin qalibi olub.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
33
4
azertag.az

8Источники