Tərtər. Trend:
Tərtər rayonunda bıçaqlanma hadisəsi baş verib.
Trend-in yerlimüxbirinin məlumatına görə, hadisə şəhər ərazisində yerləşənkafelərdən birində qeydə alınıb. İlkin məlumata əsasən, əslən Ağdamrayonundan olan 1999-cu il təvəllüdlü Aslanov Nabil Saleh oğlukafedə yeyib-içdikdən sonra naməlum şəraitdə bıçaqlanıb.
Müxtəlif nahiyələrindən çoxsaylı bıçaq xəsarətləri alan yaralıBərdə Diaqnostika Mərkəzinə aparılarkən yolda həyatını itirib.
Faktla bağlı cinayət işi başlanılıb, hüquq-mühafizə orqanlarıtərəfindən araşdırma aparılır.