RU

Netanyahudan İranla bağlı ŞOK AÇIQLAMA: B-2-lərin belə vura bilməyəcəyi GİZLİ ZAVODLAR... - VİDEO

İsrail baş naziri Benyamin Netanyahu xalqa növbəti müraciəti zamanı İranın nüvə proqramı ilə bağlı tükürpədici faktlar açıqlayıb.

Musavat.com xəbər verir ki, Netanyahu İranın ali rəhbəri Ayətullah Əli Xameneinin hərbi obyektləri görünməz qılmaq üçün gizli planlar qurduğunu iddia edib.

“Xamenei həm raket, həm də nüvə istehsalını dağın dərinliklərində elə gizlətmək istəyirdi ki, hətta ABŞ-ın nəhəng B-2 bombardmançı təyyarələri belə onlara çata bilməsin”, - deyə İsrailin hökumət başçısı bildirib.

Netanyahunun sözlərinə görə, Tehranın bu strateji gedişi İsrail və müttəfiqlərinin zərbə imkanlarını sıfıra endirmək məqsədi daşıyıb.

Baş nazir həmçinin İsrailin son bir ildəki hərbi uğurlarına və ABŞ-la olan hərbi ittifaqına toxunaraq maraqlı bir müqayisə aparıb:

“Bir il əvvəl kimsə desəydi ki, ABŞ İsrail ilə çiyin-çiyinə ortaq düşmənə qarşı 40 gün boyunca döyüşəcək, buna heç kim inanmazdı. Lakin biz təşəbbüsü ələ aldıq, hərəkətə keçdik və hücum etdik – bütün bunlar məhz buna görə baş verdi”.

Hazırda regionda gərginlik pik həddədir və Netanyahunun bu bəyanatları İslamabadda davam edən danışıqlar fonunda vəziyyəti daha da qəlizləşdirir.

Musavat.com

Избранный
54
musavat.com

1Источники