RU

“Milan” evdə “Udineze”yə məğlub oldu

İtaliya A Seriyasının 2025/2026 mövsümünün 32-ci turunda “Milan” və “Udineze” komandaları qarşılaşıb.

90deqiqe.Az xəbər verir ki, Milan şəhərində yerləşən “San-Siro” stadionunda keçirilən görüş qonaqların 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Matçın baş hakimi Matteo Marketti olub.

Hesab 26-cı dəqiqədə açılıb. “Milan”ın müdafiəçisi Davide Bartesagi topu öz qapısından keçirərək rəqibi önə çıxarıb. 37-ci dəqiqədə Yurgen Ekkelenkamp fərqi artırıb. İkinci hissədə isə 71-ci dəqiqədə Artür Atta üçüncü qolu vuraraq yekun nəticəni müəyyənləşdirib.

Hazırda “Udineze” 32 oyundan sonra topladığı 43 xalla turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb. “Milan” isə 63 xalla 3-cü yerdədir.

Избранный
33
90deqiqe.az

1Источники