RU

Şirvan şəhərində illərdir həllini gözləyən yol problemiVİDEO

Qışda palçıq , yayda toz torpaq...

Şirvan şəhərinin bir qrup sakini uzun illərdir ki, yolsuzluqdan əziyyət çəkir. Onların sözlərinə görə, yaşadıqları ərazidəki küçə indiyədək bir dəfə də olsun asfaltlanmayıb.

Xezerxeber.az xəbər verir ki, söhbət şəhərin Məhəmməd Əsədov küçəsindən gedir. Burada yüzə yaxın evdə təxminən 500-ə qədər sakin yaşayır. Sakinlərin dediyinə görə, küçənin şəhərin kənarında yerləşməsi onların problemini uzun müddətdir diqqətdən kənarda saxlayır.

Sakinlər deyirlər ki, aidiyyatı qurumlara dəfələrlə müraciət etsələr də nəticəsiz qalıb.

Məsələ ilə bağlı Şirvan şəhər İcra Hakimiyyətindən bildirildi ki küçəyə baxış keçirilib, asfaltlanma işlər növbəti illərdə nəzərdə tutulur.

Sakinlər problemin tezliklə həll olunacağına ümid etsələr də, hələlik konkret tarix açıqlanmayıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Избранный
31
1
xezerxeber.az

2Источники