“Aston Villa”nın yarımmüdafiəçisi Morqan Rodcers karyerasını “Mançester Yunayted”də davam etdirə bilər.
90deqiqe.Az-ın "TEAMtalk"a istinadən məlumatına görə, "qırmızı şeytanların" baş məşqçisi Maykl Kerrik futbolçunun bacarıqlarını yüksək qiymətləndirib və rəhbərlikdən bu transferin reallaşmasını xahiş edib.
Məlumata görə, Kerrik rəhbərliyə bildirib ki, Rodcers onun oyun sisteminə uyğun futbolçudur və gələcəkdə “qırmızı şeytanlar”a rəhbərlik etməyə davam edərsə, futbolçunun komandaya uyğunlaşacağına inanır.
Qeyd olunur ki, “Aston Villa” 23 yaşlı yarımmüdafiəçini yayda satarsa, klub tarixində rekord məbləğ tələb edə bilər.
Cari mövsümdə Rodcers bütün turnirlərdə 45 oyunda meydana çıxıb, 10 qol vurub və 7 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 2031-ci ilin yayına qədər qüvvədədir. Futbolçunun bazar dəyəri 80 milyon avro olaraq qiymətləndirilir.